Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır

Qafar Ağayev15:13 - Bu gün
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş Əhmədov Murad Məmmədhəsən oğlunun qanunsuz əməllərinə dair daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

İbtidai istintaqla Murad Əhmədovun 2024-2025-ci illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Murad Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrarən rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər