ABŞ Prezidenti: Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarını ləğv edirik | 1news.az | Xəbərlər
Dünya

ABŞ Prezidenti: Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarını ləğv edirik

First News Media17:24 - Bu gün
ABŞ Prezidenti: Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarını ləğv edirik

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğv ediləcəyini açıqlayıb.

1news.az "Report"a istinadən xəbər verir ki, Tramp bununla bağlı bu gün Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşündə Rusiya-Ukrayna münaqişəsi barədə danışarkən deyib.

O deyib ki, NATO Baş katibi, ABŞ dövlət katibi ilə də bunu müzakirə ediblər, Türkiyəyə qarşı bu sanksiyaların ləğvinin vaxtı çatıb:

"Biz dostlarımıza qarşı sanksiyalar tətbiq etmək istəmirik. Bu, çox sadədir. Biz dostlarımızın embarqo və sanksiyalarla üzləşməsini istəmirik".

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər