Ötən gün ölkədə 93 cinayətin üstü açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün ölkədə 93 cinayətin üstü açıldı

Qafar Ağayev10:04 - Bu gün
Ötən gün ölkədə 93 cinayətin üstü açıldı

İyulun 7-də ölkə ərazisində qeydə alınan cinayət və hadisələrin açılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilib.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 7-də qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 85 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər