2026-cı ilin dünyanın yaşamaq üçün ən əlverişli şəhərləri açıqlandı
Dünyanın 173 şəhərinin qiymətləndirildiyi siyahıda Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Economist Intelligence Unit" (EIU) 2026-cı il üzrə Qlobal Yaşamaq üçün Əlverişlilik İndeksini dərc edib.
Reytinq şəhərlər sabitlik, səhiyyə, təhsil, infrastruktur, mədəniyyət və ətraf mühit kimi meyarlar əsasında hazırlanıb.
İlk beşlikdə Kopenhagendən sonra Vyana, Melburn, Sidney və Sürix qərarlaşıb. Siyahı Avropa şəhərlərinin üstünlüyünü qoruduğunu, Avstraliya şəhərlərinin isə yüksək həyat keyfiyyəti ilə seçildiyini bir daha nümayiş etdirib.
2026-cı ilin ən yaşana bilən 10 şəhəri:
1- Kopenhagen
2- Vyana
3- Melburn
4- Sidney
5- Sürix
Cenevrə
Osaka
Adelaida
Vankuver
Tokio












