Cənubi Koreya Şimali Koreyadan dəstək istədi - SƏBƏB | 1news.az | Xəbərlər
Dünya

Cənubi Koreya Şimali Koreyadan dəstək istədi - SƏBƏB

Oksana Orucova11:09 - Bu gün
Cənubi Koreya Şimali Koreyadan dəstək istədi - SƏBƏB

Cənubi Koreya patrul xidməti zamanı itkin düşən hərbi dənizçinin axtarış-xilasetmə işlərinə dəstək göstərməsi üçün Şimali Koreyaya müraciət edib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə xidmət edən dənizçi iki ölkə arasında faktiki dəniz sərhədi hesab olunan Şimal Sərhəd Xətti (NLL) yaxınlığında itkin düşüb.

Cənubi Koreya Donanması itkin dənizçinin tapılması üçün axtarışlara başlayıb. Hadisə barədə Şimali Koreyaya məlumat verilib, Cənubi Koreyanın Birləşmə Nazirliyi isə dənizçinin axtarışı və geri qaytarılması üçün Pxenyandan əməkdaşlıq istəyib.

Nazirlikdən bildirilib ki, dənizçinin NLL-in şimalına sürüklənməsi ehtimalı var. Bununla belə, onun sərhəd xəttinin o tayına keçdiyi hələ təsdiqlənməyib. Şimali Koreyanın dəstəyi ehtiyat tədbiri kimi tələb olunub.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər