Dövlət başçısı qonşu ölkələrə səsləndi: “Məsuliyyətli olun” | 1news.az | Xəbərlər
Siyasət

Dövlət başçısı qonşu ölkələrə səsləndi: “Məsuliyyətli olun”

First News Media11:29 - Bu gün
Dövlət başçısı qonşu ölkələrə səsləndi: “Məsuliyyətli olun”

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – red.) danışıb və qonşu ölkələrə səslənib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”.

Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər