Türkiyədə FETÖ əməliyyatı - 704 nəfər SAXLANILDI | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə FETÖ əməliyyatı - 704 nəfər SAXLANILDI

Oksana Orucova09:29 - Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 704 nəfər SAXLANILDI

Türkiyədə FETÖ/PDY terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində iyulun 13-də ölkənin 81 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, vilayət prokurorluqlarının koordinasiyası ilə həyata keçirilən əməliyyatlar zamanı təşkilatla əlaqəli olduğu iddia edilən 973 nəfər barəsində prosessual tədbirlər görülüb. Onlardan 704 nəfər saxlanılıb, 269 nəfərin tutulması istiqamətində axtarış tədbirləri davam edir.

Bildirilib ki, saxlanılan şəxslərdən 170-i hazırda dövlət qurumlarında çalışan əməkdaş, 6-sı təqaüdçü dövlət qulluqçusu, 44-ü dövlət qulluğundan xaric edilmiş şəxs, 484-ü isə özəl sektor əməkdaşları və mülki şəxslərdir.

Saxlanılan aktiv dövlət qulluqçularından 97 nəfəri Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Onların arasında 1 polis rəisi, 1 komissar, 94 polis əməkdaşı və 1 polis əməkdaşı var.

Ədliyyə Nazirliyi sistemində çalışan 14 nəfərin də saxlanıldığı açıqlanıb. Onlardan 1-i məhkəmə katibi, 8-i cəzaçəkmə müəssisəsinin mühafizə əməkdaşı, 5-i isə sərbəst vəkildir.

Qalan 59 dövlət qulluqçusunun Milli Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və ali təhsil müəssisələrində müəllim, həkim, tibb bacısı, dietoloq və elmi işçi kimi fəaliyyət göstərdiyi bildirilib.

Türkiyə rəsmiləri axtarışda olan 269 şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin ölkə üzrə davam etdirildiyini açıqlayıblar.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər