Ukrayna Qara dənizdə Rusiya donanmasına zərbələr endirdiyini açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Qara dənizdə Rusiya donanmasına zərbələr endirdiyini açıqlayıb

Qafar Ağayev11:53 - Bu gün
Ukrayna Qara dənizdə Rusiya donanmasına zərbələr endirdiyini açıqlayıb

Ukrayna Pilotsuz Sistemlər Qüvvələri Rusiya donanmasına qarşı əməliyyatların miqyasını genişləndirərək Azov dənizindən sonra Qara dənizdəki gəmiləri də hədəfə aldığını bildirib.

1news.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, Azov dənizində keçirilən əməliyyatın ilk mərhələsi başa çatıb və növbəti mərhələdə Qara dənizdəki Rusiya donanmasına qarşı zərbələr endirilib.

"Azov dənizində Rusiya "kölgə donanması"na qarşı əməliyyatın ilk mərhələsi yekunlaşıb. İndi növbə Qara dənizindir. Bu gün 20 gəmi – 17 neft tankeri, iki qaz tankeri və bir yedək gəmisi vurulub. Əməliyyatın nəticələri ilə bağlı rəsmi hesabat və video sübutlar daha sonra təqdim olunacaq", – deyə Brovdi bildirib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər