Netanyahu ABŞ-yə gedir: Türkiyəyə F-35-lərlə bağlı Trampla görüşəcəyi iddia olunur
İsrailin Baş naziri Benyamin Netanyahu bu həftəsonu ABŞ-yəsəfər edəcək.
1news.az xəbər verir ki, bu barədə İsrailin yüksəkvəzifəli rəsmilərinə istinadən İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, Netanyahu şənbə günü ABŞ Prezidenti Donald Trampla görüşəcək. İddialara əsasən, görüşdə əsas mövzulardan biri Türkiyəyə F-35 qırıcılarının mümkün satışı olacaq. Bildirilir ki, İsrail tərəfi Vaşinqtonu bu satışdan imtina etməyə razı salmağa çalışacaq. Əgər buna nail olmaq mümkün olmasa, Təl-Əviv administrasiyası ən azı Türkiyəyə F-35-lərin texniki imkanları məhdudlaşdırılmış versiyalarının təqdim edilməsi istiqamətində fəaliyyət göstərəcək.
Bu arada İsrailin maliyyə naziri Bezalel Smotriç də ölkəsinin Türkiyəyə F-35 qırıcılarının verilməsinə qarşı olduğunu təsdiqləyib.
O, "Yedioth Ahronoth" qəzetinə müsahibəsində ABŞ administrasiyası ilə bu məsələ ətrafında intensiv danışıqlar apardıqlarını bildirib. Nazirin sözlərinə görə, İsrail F-35-lərin Türkiyəyə satışının qarşısını almaq üçün həm açıq şəkildə, həm də pərdəarxası diplomatik kanallar vasitəsilə ciddi səylər göstərir.
"Ərdoğanın oyunun qaydalarını dəyişə biləcək silahlara çıxış əldə etməsinə imkan verilməməlidir", – deyə Smotriç bildirib.












