Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

First News Media17:04 - Bu gün
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır.

1news.az xəbər verir ki, 10 iyuldan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər.
 
Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

Qeydiyyat "mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər