Qurban Qurbanovdan gözlənilməz QƏRAR | 1news.az | Xəbərlər
İdman

Qurban Qurbanovdan gözlənilməz QƏRAR

First News Media16:59 - Bu gün
Qurban Qurbanovdan gözlənilməz QƏRAR

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

1news.az "Sportinfo"ya istinadən xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.

Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.

Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.

UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.

Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.


 

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər