Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı

First News Media17:33 - Bu gün
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib. Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb.

Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilmişdir. 

Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.

Hazırda bu istiqamətdə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər