Qəzzada ölənlərin sayı 73 389-a yüksəlib | 1news.az | Xəbərlər
Dünya

Qəzzada ölənlərin sayı 73 389-a yüksəlib

Oksana Orucova14:57 - Bu gün
Qəzzada ölənlərin sayı 73 389-a yüksəlib

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində daha bir nəfər həyatını itirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da 2023-cü il oktyabrın 7-dən, İsrailin Qəzzaya hücumlarının başladığı vaxtdan bəri ölənlərin ümumi sayı 73 389-a çatıb.

İsrail atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir. Son 24 saat ərzində İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

İsrail ilə HƏMAS arasında 2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşmasından sonra Qəzza zolağında ölənlərin sayı 1 260-a, yaralananların sayı isə 4 154-ə yüksəlib.

İsrailin hücumlarının başladığı 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada ölənlərin ümumi sayı 73 389-a, yaralananların sayı isə 174 266-ya çatıb.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər