Güclü yağış və sel təhlükəsi - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü yağış və sel təhlükəsi - XƏBƏRDARLIQ

First News Media15:04 - Bu gün
Güclü yağış və sel təhlükəsi - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

1news.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər