Bakıda atasına cavab qaytaran qız döyüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda atasına cavab qaytaran qız döyüldü

First News Media16:13 - Bu gün
Bakıda atasına cavab qaytaran qız döyüldü

Bakının Sabunçu rayonunda 47 yaşlı kişi qızına xəsarət yetirib.

1news.az demokrat.az-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Mərdan birgə yaşadıqları evdə qızı Təranə (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Bu zaman qız atasına kobud cavab qaytarıb. Bundan qəzəblənən ata qızının üzərinə hücum edib, əli ilə iki dəfə onun üz nahiyəsindən, bir dəfə isə təpiklə ayaq nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı qızını döyən ataya qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş qız atasına qarşı şikayətindən imtina edib, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib.
 
 

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər