Almaniyada ifrat istilər 12 500-ə yaxın insanın ölümünə səbəb oldu | 1news.az | Xəbərlər
Dünya

Almaniyada ifrat istilər 12 500-ə yaxın insanın ölümünə səbəb oldu

Oksana Orucova15:43 - Bu gün
Almaniyada ifrat istilər 12 500-ə yaxın insanın ölümünə səbəb oldu

Almaniyada bu il müşahidə olunan ifrat isti hava səbəbindən ölənlərin sayı 12 500-ə yaxınlaşıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Robert Kox İnstitutunun (RKI) hesabatına görə, 2026-cı ilin 15-ci həftəsindən 31-ci həftəsinədək isti hava ilə əlaqəli təxminən 12 500 ölüm qeydə alınıb. Ölənlərin 6 270-si 85 yaşdan yuxarı, 3 110-u 75-84, 1 900-ü isə 65-74 yaş arasında olub.

İyunun 22-dən 29-dək təxminən 9 600 nəfərin ifrat istilər səbəbindən öldüyü təxmin edilir. İyunun 28-də Brandenburqda temperatur 41,7 dərəcəyə yüksələrək ölkə üzrə rekord qırıb.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər