Türkiyədə dəhşətli anlar: Qayıq yandı, 115 sərnişin suya atıldı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə dəhşətli anlar: Qayıq yandı, 115 sərnişin suya atıldı - VİDEO

Oksana Orucova15:03 - Bu gün
Türkiyədə dəhşətli anlar: Qayıq yandı, 115 sərnişin suya atıldı - VİDEO

Türkiyənin Muğla vilayətinin Fəthiyə rayonunda körfəzdə hərəkətdə olan turist qayığında yanğın baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, İçərisində uşaqların da olduğu 115 sərnişin xilasetmə jiletlərini geyinərək dənizə atılıb.

Hadisə saat 11:00 radələrində Fəthiyənin Katrancı körfəzində baş verib. “Toys Boat” adlı qayığın mətbəx hissəsində hələlik müəyyən edilməyən səbəbdən yanğın başlayıb.

Alov qısa müddətdə qayığı bürüyüb. Qayıqda olan 115 nəfər xilasetmə jiletlərini geyinərək suya atılıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizə, Sahil Təhlükəsizliyi və təcili tibbi yardım qrupları göndərilib.

Dənizə atılan sərnişinlərin təxliyəsi üçün işlərə başlanılıb. Ərazidəki digər dəniz nəqliyyat vasitələri də xilasetmə əməliyyatına dəstək verib.

Məlumata görə, qayıq böyük ölçüdə yanıb və batmağa başlayıb. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.

 

 

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər