İqnasio Kassis: "Humanitar minatəmizləmə İsveçrə üçün çox mühüm məsələdir" | 1news.az | Xəbərlər
Siyasət

İqnasio Kassis: "Humanitar minatəmizləmə İsveçrə üçün çox mühüm məsələdir"

Ayşən Salehli13:57 - Bu gün
İqnasio Kassis: "Humanitar minatəmizləmə İsveçrə üçün çox mühüm məsələdir"

“Humanitar minatəmizləmə İsveçrə üçün çox mühüm məsələdir”.

1news.az xəbər verir ki, bu sözləri İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Ukrayna torpaqlarının minalardan təmizlənməsinə kömək etmək üçün 100 milyon İsveçrə frankı ayırmışıq və bununla da Ukrayna ərazisinin minadan təmizlənməsinə töhfə verən ən böyük üçüncü ölkəyik.
Bu, sadəcə bir nümunədir. Biz 30, 40, 50 il əvvəl müharibə yaşamış bir çox ölkədə fəaliyyət göstəririk. Çünki minalar böyük problemdir - onlar uzun illər təhlükə olaraq qalır. Torpaqdan kənd təsərrüfatı, yaşayış və uşaqların oynaması üçün təhlükəsiz istifadə edə bilmək üçün minaların ləğvi üzərində onilliklərlə işləmək lazımdır”.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər