DİN: Azərbaycanda bir gündə 36 cinayət açılıb
Avqustun 10-da ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 135, o cümlədən borclu şəxs qismində axtarışda olan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
74












