ABŞ-də “Meta” və “TikTok”un əleyhinə açılan məhkəmə işlərinin ləğv edilməsi tələbi rədd edilib | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də “Meta” və “TikTok”un əleyhinə açılan məhkəmə işlərinin ləğv edilməsi tələbi rədd edilib

Qafar Ağayev11:45 - Bu gün
ABŞ-də “Meta” və “TikTok”un əleyhinə açılan məhkəmə işlərinin ləğv edilməsi tələbi rədd edilib

ABŞ-da apellyasiya məhkəməsi “Meta” və “TikTok”un sosial media platformalarının dizaynından qaynaqlanan zərərlə bağlı şirkətlərə qarşı açılan minlərlə məhkəmə işinin ləğv edilməsi barədə müraciətini rədd edib.

1news.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Məhkəmənin qərarında şirkətlərin işlərin çox erkən mərhələsində apellyasiya instansiyasına müraciət etdiyi bildirilib.

Qeyd olunub ki, texnologiya şirkətlərini istifadəçilərin yaratdığı məzmuna görə hüquqi məsuliyyətdən böyük ölçüdə qoruyan qanunun 230-cu maddəsi sosial media şirkətlərinin işlərin ləğv edilməsinə nail olması üçün deyil, yalnız məsuliyyətə qarşı müdafiə vasitəsi kimi istifadə edilə bilər.

Məhkəmə apellyasiya səlahiyyətinin olmadığını əsas gətirərək şirkətlərin müraciətini rədd edib.

ABŞ-da “Meta” və “TikTok”un platformalarının dizaynından qaynaqlanan zərərlə bağlı şirkətlərə qarşı minlərlə məhkəmə işi açılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-da keçirilən məhkəmə prosesində andlılar “Meta” və “YouTube”u bəzi istifadəçilərin psixi sağlamlığına təsir göstərdiklərinə görə qismən məsul hesab edib və 6 milyon dollar təzminat ödənilməsinə qərar verib.

20 yaşlı K.G.M.-nin də daxil olduğu minlərlə işin birləşdirildiyi prosesdə sosial media platformalarından istifadənin psixi sağlamlıq problemlərinə səbəb olduğu və ya mövcud problemləri ağırlaşdırdığı iddia edilib.

 

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər