Məzunlara elektron attestatlar verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzunlara elektron attestatlar verilir

Qafar Ağayev15:13 - Bu gün
Məzunlara elektron attestatlar verilir

2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur.

1news.az xəbər verir ki, 2026-cı il məzunları attestatlarını “myGov” platforması vasitəsilə əldə edə bilərlər.

Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq “myGov” platformasında əlçatandır.

Məzunlar elektron attestatlarına “myGov”un veb versiyasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən baxa bilərlər.

Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə daxil ola bilərlər.

Elektron attestatın üzərindəki QR kodu oxutmaqla sənədin həqiqiliyini yoxlamaq mümkündür. Həmçinin edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində attestatın nömrəsi və doğum tarixini daxil etməklə sənədin doğruluğunu yoxlamaq olar.

Qeyd edək ki, elektron attestatların yaxın günlərdə “myGov” mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər