Dünya Güləş Birliyi Bakıda keçirilən yubiley düşərgəsini qeyd edib | 1news.az | Xəbərlər
İdman

Dünya Güləş Birliyi Bakıda keçirilən yubiley düşərgəsini qeyd edib

First News Media12:51 - Bu gün
Dünya Güləş Birliyi Bakıda keçirilən yubiley düşərgəsini qeyd edib

3-8 avqust tarixlərində Bakıda “More Than Medals” düşərgəsinin 10 illik yubileyi keçirilib.

1news.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) bu tədbirlə bağlı yazı hazırlayıb. Yazıda qeyd edilib ki, UWW-nin İnkişaf Departamenti tərəfindən keçirilən yubiley düşərgəsində rekord sayda – 21 ölkədən 74 idmançı və 21 məşqçi olmaqla, ümumilikdə 95 iştirakçı bir araya gəlib.

Bu göstərici “More Than Medals” düşərgəsinin tarixində ən böyük iştirak sayı olub. Proqramın 10 illik yubileyi UWW prezidenti Nenad Laloviçin təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədi gənc güləşçilərin yalnız xalça üzərində deyil, həm də şəxsi inkişaf baxımından dəstəklənməsi, onların aidiyyət hissinin, özünəinamının və dostluq münasibətlərinin gücləndirilməsidir.

Düşərgənin fəlsəfəsinə uyğun olaraq, iştirakçılar üçün zəngin və müxtəlif proqram hazırlanıb. Təlimlər çərçivəsində güləş üzrə texniki məşğələlər, əyləncəli oyunlar, fiziki hazırlıq və güc məşqləri, çimərlik güləşi, antidopinq maarifləndirilməsi, eləcə də iqlim dəyişikliyi və ətraf mühitlə bağlı maarifləndirici tədbirlər keçirilib.

Eyni zamanda, düşərgə tədbir iştirakçılarının bir-biri ilə ünsiyyət qurmasına, təcrübə mübadiləsi aparmasına və dostluq münasibətləri yaratmasına şərait yaradıb. Düşərgənin 10 illik yubileyi həftə ərzində formalaşan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan verən ənənəvi Azərbaycan süfrəsi və əyləncə proqramı ilə başa çatıb.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər