Moskva gecə boyu Ukrayna PUA-larının hücumuna məruz qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskva gecə boyu Ukrayna PUA-larının hücumuna məruz qalıb

Qafar Ağayev09:18 - Bu gün
Moskva gecə boyu Ukrayna PUA-larının hücumuna məruz qalıb

Rusiya gecə saatlarında Moskva vilayətinə hücum edən 180 Ukrayna pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin hücumun Rusiya paytaxtına qarşı həyata keçirilən ən böyük Ukrayna hava hücumlarından biri olduğunu bildirib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə PUA-lardan bir neçəsinin Rusiyanın “Wildberries” elektron ticarət şirkətinə məxsus anbara və Moskva yaxınlığındakı digər obyektlərə zərbə endirdiyini açıqlayıb.

Hücum nəticəsində 10 yaşlı qız uşağı da daxil olmaqla, azı 3 nəfərin yaralandığı bildirilib.

“Wildberries”dən verilən məlumata görə, PUA qalıqları anbarın divarlarından birinə düşüb və binaya cüzi ziyan dəyib.

Sergey Sobyaninin sözlərinə görə, bazar ertəsi axşamdan çərşənbə axşamı saat 05:00-dək Moskva istiqamətində ümumilikdə 620 PUA uçuşu qeydə alınıb.

Hücumlar səbəbindən Moskva hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər