Hindistanda güclü yağışlar: 56 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Hindistanda güclü yağışlar: 56 nəfər ölüb

Oksana Orucova10:42 - Bu gün
Hindistanda güclü yağışlar: 56 nəfər ölüb

Hindistanın Uttar Pradeş ştatında 60 saat davam edən güclü yağışlar ciddi fəsadlara səbəb olub.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət və baş verən qəzalarda 56 nəfər həyatını itirib, 46 nəfər yaralanıb. Güclü yağışlar gündəlik həyata da ciddi təsir göstərib.

Məlumata görə, yağışlar nəticəsində 1 000-dən çox evə ziyan dəyib. Səlahiyyətli qurumlar bölgədə vəziyyətin nəzarətdə saxlanılması üçün tədbirlər görür.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər