Nepalda uçqun: 10 alpinist və bələdçi itkin düşüb | 1news.az | Xəbərlər
Dünya

Nepalda uçqun: 10 alpinist və bələdçi itkin düşüb

Oksana Orucova11:10 - Bu gün
Nepalda uçqun: 10 alpinist və bələdçi itkin düşüb

Nepalın qərbində yerləşən Himlunq Himal dağında güclü uçqun baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində alpinistlər və yerli dəstək qrupunun üzvlərindən ibarət ən azı 10 nəfərin itkin düşdüyü bildirilir.

Məlumata görə, 7 126 metr yüksəklikdəki dağa qalxan beynəlxalq alpinist qrupu və onları müşayiət edən yerli bələdçilər qəfil uçqunun altında qalıb.

Hadisədən sonra Nepal Silahlı Qüvvələri və yerli xilasetmə qrupları bölgəyə cəlb olunub. Lakin yüksək yüksəklik, çətin relyef və əlverişsiz hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir.

İtkin düşən şəxslərin müəyyənləşdirilməsi və uçqunun dəqiq baş verdiyi ərazinin müəyyən olunması istiqamətində işlər davam edir. Axtarış-xilasetmə əməliyyatı fasiləsiz aparılır.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər