Azyaşlı övladlarından ayrı düşən ana uşaqlarına qovuşub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azyaşlı övladlarından ayrı düşən ana uşaqlarına qovuşub

Qafar Ağayev10:03 - Bu gün
Azyaşlı övladlarından ayrı düşən ana uşaqlarına qovuşub

İki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı sosial şəbəkələrdə video müraciəti yayılan ana uşaqlarına qovuşub.

1news.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, qadın daha sonra “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin 116111 nömrəsinə müraciət edib.

Müraciətində ana 7 və 4 yaşlı övladlarının görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirib.

Onun müraciəti əsasında məsələ aidiyyəti qurumlara yönləndirilib. Uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib.

Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana 7 və 4 yaşlı uşaqlarına qovuşub.

Dövlət Komitəsinin məlumatına görə, uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər