Gürcüstan azərbaycanlılar daxil 67 əcnəbini ölkədən deportasiya edib | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan azərbaycanlılar daxil 67 əcnəbini ölkədən deportasiya edib

First News Media10:47 - Bu gün
Gürcüstan azərbaycanlılar daxil 67 əcnəbini ölkədən deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər nəticəsində 67 xarici vətəndaşı ölkədən deportasiya edib.

1news.az report-a istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları da var.

Bildirilib ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər