Doğuşdan sonra 20 gün komada qalan 28 yaşlı qadın dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Doğuşdan sonra 20 gün komada qalan 28 yaşlı qadın dünyasını dəyişib

First News Media11:54 - Bu gün
Doğuşdan sonra 20 gün komada qalan 28 yaşlı qadın dünyasını dəyişib

Bakıda özəl klinikaların birində qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyatdan sonra beyninə qan sızan və 20 gün komada qalan Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun övladının vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Ş.Quliyeva “Azərbaycan Supermarket” MMC-nin təchizat üzrə mütəxəssisi olub.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər