Trampdan İranla bağlı mesaj: “Onları nüvə silahından uzaq tutmaq üçün buradayıq”
ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini, lakin Tehranla şərtlər barədə fikir ayrılıqlarının olduğunu bildirib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp ABŞ-nin regiondakı əsas məqsədinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu deyib:
“Biz burada yalnız bir səbəbdən varıq - onları nüvə silahına sahib olmaqdan çəkindirmək üçün.”
ABŞ Prezidenti İranın razılaşmaya hazır olduğunu, lakin Vaşinqtonun zəruri hesab etdiyi şərtləri qəbul etmədiyini vurğulayıb. Tramp həmçinin Omanla bağlı tənqidi fikirlər səsləndirib və bu məsələnin də həll edilə biləcəyini bildirib.
66












