Venesueladakı iki zəlzələ nəticəsində ölənlərin sayı 6 438-ə çatıb
Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 438 nəfərə yüksəlib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela iyunun 24-də iki güclü zəlzələ ilə sarsılıb. Zəlzələlərin episentrlərinin ölkənin qərbində yerləşən Yaraku və mərkəzi hissəsindəki La-Quayra ştatlarında olduğu bildirilib. Zəlzələlərin gücü müvafiq olaraq 7,2 və 7,5 bal təşkil edib.
Venesuela hökuməti zəlzələlər nəticəsində ölənlərin sayının daha 137 nəfər artaraq 6 438-ə çatdığını açıqlayıb.
Açıqlamada zəlzələdən zərər çəkən ailələrə 335 evin təhvil verildiyi bildirilib. Həmçinin ümumilikdə 59 109 bina ilə bağlı qiymətləndirmə aparıldığı qeyd olunub.
Məlumata görə, həmin binalardan 34 680-i yaşayış üçün yararlı, 13 733-nə giriş məhdud, 10 696-sı isə yüksək riskli hesab edilib.












