Suriyada Bəşər Əsədin əmisi oğluna ölüm hökmü verildi | 1news.az | Xəbərlər
Dünya

Suriyada Bəşər Əsədin əmisi oğluna ölüm hökmü verildi

Oksana Orucova15:10 - Bu gün
Suriyada Bəşər Əsədin əmisi oğluna ölüm hökmü verildi

Suriyada devrilmiş rejimin lideri Bəşər Əsədin əmisi oğlu Vesim Əsəd barəsində ölüm hökmü çıxarılıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Dəməşqdəki Dördüncü Cinayət Məhkəməsi onu qəsdən adam öldürmə, işgəncə, insanlıq əleyhinə və müharibə cinayətlərində təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Məhkəmə Vesim Əsədə bağlı silahlı qrupların Şərqi Qutada, xüsusilə Məlihə qəsəbəsində mülki şəxslərə qarşı qətliamlarda, həmçinin adam oğurluğu və qətllərdə iştirak etdiyini bildirib.

Onun daşınar və daşınmaz əmlakının da dövlət xəzinəsinin xeyrinə müsadirə olunmasına qərar verilib.

Qeyd edək ki, avqustun 11-də Bəşər Əsəd, qardaşı Mahir Əsəd və digər keçmiş rejim rəhbərləri barəsində də ölüm hökmü çıxarılmışdı.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər