Türkiyədə millət vəkili küçənin ortasında BIÇAQLANDI - ANBAAN VİDEO
Türkiyənin Qaziantep şəhərindən olan millət vəkili Melih Meriçə hücum edilib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra Türkiyənin ədliyyə naziri Akın Gürlek açıqlama verərək hücumu qətiyyətlə pisləyib.
Nazir bildirib ki, hadisə ilə bağlı Qaziantep Baş Prokurorluğu tərəfindən cinayət araşdırmasına başlanılıb.
Akın Gürlek hazırda müalicə olunan Melih Meriçə şəfa diləyib, onun ailəsinə isə keçmiş olsun arzularını çatdırıb.
Akın Gürlek bildirib ki, hücumun bütün istiqamətləri araşdırılacaq və hadisənin səbəbləri tam şəkildə müəyyənləşdiriləcək. O, prosesin yaxından və diqqətlə izlənildiyini vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, hadisəyə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsi üçün bütün zəruri addımlar atılacaq.
Ədliyyə naziri vurğulayıb ki, zorakılığın hansı səbəbdən və hansı motivlə törədilməsindən asılı olmayaraq, belə əməllər qəbuledilməzdir.












