İstanbulda tramvay relsdən çıxıb
İstanbulun Fındıklı ərazisində tramvay relsdən çıxıb.
1news.az xəbər verir ki, hadisə T1 Kabataş–Bağcılar tramvay xəttində baş verib.
Kabataş istiqamətində hərəkət edən tramvay Fındıklı stansiyasının yaxınlığında hələlik müəyyən edilməyən səbəbdən relsdən çıxaraq Bağcılar istiqamətində hərəkət edən tramvayların istifadə etdiyi relslərin üzərinə keçib.
Hadisə ilə bağlı əraziyə polis, yanğınsöndürən, tibbi yardım və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) aidiyyəti əməkdaşları cəlb olunub.
Tramvaydakı sərnişinlər təxliyə edilib.
Hadisə səbəbindən tramvayların hərəkəti Fındıklı–Bağcılar stansiyaları arasında həyata keçirilir.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən işlər davam etdirilir.













