Bakıda uşaq xəstəxanasında antisanitar vəziyyət - FOTO
Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb.
1news.az xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşımında sözügedən xəstəxananın sanitar qovşağını paylaşaraq, buranın antisanitariya qaynağı olduğunu bildirib.
Jurnalist həmçinin qeyd edib ki, görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır. Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir. "Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə...".
Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

















