Türkiyədə dəhşətli hadisə: Dənizdə tapılan 3 meyitin bacı-qardaş olduğu üzə çıxdı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə dəhşətli hadisə: Dənizdə tapılan 3 meyitin bacı-qardaş olduğu üzə çıxdı

First News Media09:30 - Bu gün
Türkiyədə dəhşətli hadisə: Dənizdə tapılan 3 meyitin bacı-qardaş olduğu üzə çıxdı

Kocaelinin Darıca rayonunda sahildə cansız bədənləri tapılan 3 nəfərin bacı-qardaş olduğu müəyyənləşib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, itkin düşdüyü bildirilən dördüncü bacı-qardaşın axtarışları isə səhər saatlarında yenidən başlanacaq. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam etdirilir.

Darıca rayonunun sahilində ard-arda sahilə çıxan cansız bədənlərlə bağlı başlanan araşdırma və axtarış işləri davam edir.

Aparılan araşdırmalar nəticəsində həyatını itirən şəxslərin Məhəmməd Əli Sakar, Gülşah Sakar və Belinay Sakar olduğu müəyyən edilib.

Eyni ailənin 3 övladının cənazələri ölüm səbəblərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə yarılma (autopsiya) aparılması üçün morqa göndərilib. İtkin düşdüyü müəyyən edilən digər bacı-qardaş Bilgənur Sakarı tapmaq üçün isə axtarış-xilasetmə qrupları səfərbər olunub.

Hava şəraiti və qaranlıq səbəbindən axtarış işlərinə fasilə verilib. Səhər açıldıqdan sonra ərazidə axtarışların yenidən davam etdiriləcəyi bildirilib.

Hadisə ilə bağlı genişmiqyaslı istintaq araşdırması bir neçə istiqamətdə davam etdirilir.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər