78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Marşrut üzrə avtobusların hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.
Təmir işləri başa çatdıqdan sonra marşrutun əvvəlki hərəkət sxeminə qaytarılması nəzərdə tutulur.
42












