Yusif Səfərov küçəsində piyada keçidində faciə: Ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Yusif Səfərov küçəsində piyada keçidində faciə: Ölən var

1news Redaksiyası09:33 - 25 / 08 / 2026
Yusif Səfərov küçəsində piyada keçidində faciə: Ölən var

Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 23-də saat 23:00 radələrində Yusif Səfərov küçəsində qeydə alınıb.

Pərviz Rəsulov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi ilə yolu keçən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər