Qızılın qiyməti son ayların rekordunu yenilədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızılın qiyməti son ayların rekordunu yenilədi

First News Media12:02 - Bu gün
Qızılın qiyməti son ayların rekordunu yenilədi

Dünya bazarında qızılın qiyməti sürətlə bahalaşaraq bir troya unsiyası üçün 4 750 dollar həddini keçib.

1news.az konkret.az-a  istinadən xəbər verir ki, "Comex” birjasında dekabrda çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq 4 751,5 dollara yüksəlib.

Daha sonra qiymət artımı sürətlənib. Nəticədə qızılın bir troya unsiyasının qiyməti 1,56 faiz bahalaşaraq 4 753,7 dollara çatıb.

Qeyd edək ki, son günlər qızıl bazarında güclü artım müşahidə olunur. Avqustun 24-də "Comex” qızıl fyuçersləri 4 640,8 dollardan bağlanıb və ardıcıl dördüncü sessiyada bahalaşıb.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər