Bakıda gecə klubu yanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gecə klubu yanır

First News Media16:10 - Bu gün
Bakıda gecə klubu yanır

Bakıda gecə klubunun dam örtüyü yanır.

1news.az "Report"a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən "Burju Baku" gecə klubunun dam örtüyündə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər