“Sabah”–“Hapoel” oyunu ilə əlaqədar avtobusların dayanacağı dəyişdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sabah”–“Hapoel” oyunu ilə əlaqədar avtobusların dayanacağı dəyişdirildi

First News Media16:40 - Bu gün
“Sabah”–“Hapoel” oyunu ilə əlaqədar avtobusların dayanacağı dəyişdirildi

“Sabah”–“Hapoel” oyunu ilə əlaqədar Bakıda bəzi avtobus marşrutlarının dayanacaq yeri müvəqqəti dəyişdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək oyunla əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Xüsusi avtobus zonası oyuna gələcək azarkeşlərin ixtiyarına veriləcək və onların maneəsiz hərəkəti təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib. Həmin avtobusların dayanacağı “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

Qeyd olunub ki, oyunun müddətinin uzadılmasından asılı olaraq, metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər