Sabah bəzi rayonlarda küləyin sürəti 28 m/san-dək çatacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bəzi rayonlarda küləyin sürəti 28 m/san-dək çatacaq - XƏBƏRDARLIQ

1news Redaksiyası16:54 - 25 / 08 / 2026
Sabah bəzi rayonlarda küləyin sürəti 28 m/san-dək çatacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Cəbrayılda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək təşkil edəcək.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər