610 bal topladı, universitetə qəbul olmadı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

610 bal topladı, universitetə qəbul olmadı - FOTO

1news Redaksiyası09:24 - 26 / 08 / 2026
610 bal topladı, universitetə qəbul olmadı - FOTO

Yüksək bal toplasa da, arzuladığı ixtisasa qəbul ola bilməyən tələbələr də var. Belə abituriyentlərdən biri H.G. olub.

1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" adlı "Facebook" səhifəsində məlumat paylaşılıb.

Abituriyent sosial şəbəkə hesabında 610,4 bal topladığını, lakin heç bir universitetə qəbul olmadığını deyib.

Məlumata əsasən, IV ixtisas qrupu üzrə hazırlaşan H.G. qarşısına yalnız tibb sahəsində təhsil almaq məqsədi qoyub. Bu səbəbdən ixtisas seçimi zamanı yalnız tibb ixtisasını göstərib.

O, gələn il yenidən imtahan verməyi planlaşdırdığını bildirib.

Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər