ABŞ ordusu Karib dənizində narkotik daşıyan qayığa zərbə endirdi: Ölənlər var
ABŞ ordusu Karib dənizində narkotik daşıdığı müəyyən edilən qayığa zərbə endirib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) yaydığı açıqlamaya görə, əməliyyat nəticəsində 4 nəfər öldürülüb.
SOUTHCOM-un məlumatına əsasən, əməliyyat Komandanlığın rəhbəri general Frensis L. Donovanın göstərişi ilə həyata keçirilib. ABŞ tərəfi kəşfiyyat məlumatlarının qayığın narkotik maddə daşıdığını təsdiqlədiyini bildirib.
Açıqlamada, “Əməliyyat zamanı 4 narkoterrorçu öldürüldü” deyə qeyd olunub.
SOUTHCOM komandanı general Frensis L. Donovan kartellərə qarşı dəqiq və ölümcül zərbələrin davam etdiriləcəyini bildirib.
“Narkoterrorçu şəbəkələrini məhv edəcək, dağıdacaq və məğlub edəcəyik. SOUTHCOM regionda və ABŞ ərazisinə qədər uzanan marşrutlarda kartel terroruna və zorakılığına son qoymaqda qətiyyətlidir”, – deyə Donovan bildirib.












