Bakının 7 əsas yolunda sıxlıq yaranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının 7 əsas yolunda sıxlıq yaranıb

First News Media09:39 - Bu gün
Bakının 7 əsas yolunda sıxlıq yaranıb

Paytaxtın bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər