Azərbaycanda bir gündə 73 cinayət açıldı – DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 73 cinayət açıldı – DİN

1news Redaksiyası10:35 - 26 / 08 / 2026
Azərbaycanda bir gündə 73 cinayət açıldı – DİN

Avqustun 25-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər