Türkiyədə zəlzələ baş verdi
Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda 4,1 maqnitudalı zəlzələ baş verib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar və Fəlakətlərin İdarəolunması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:53-də qeydə alınıb. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ qısa müddətli təşviş və qorxuya səbəb olsa da, ilkin məlumata görə, hər hansı mənfi hal və ya dağıntı barədə məlumat daxil olmayıb.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.
39












