Bakıda avtobus idarəetmədən çıxdı: 3 avtomobilə çırpıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobus idarəetmədən çıxdı: 3 avtomobilə çırpıldı

1news Redaksiyası12:01 - 26 / 08 / 2026
Bakıda avtobus idarəetmədən çıxdı: 3 avtomobilə çırpıldı

Paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobili ilə toqquşub. Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər