Polad Bülbüloğlunun üçüncü həyat yoldaşı kimdir? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polad Bülbüloğlunun üçüncü həyat yoldaşı kimdir? – FOTO

First News Media12:11 - Bu gün
Polad Bülbüloğlunun üçüncü həyat yoldaşı kimdir? – FOTO

Ötən gün mediada 81 yaşlı Milli Məclis deputatı, Xalq artisti Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması barədə məlumat yayılmışdı.

Məlumata görə, deputat bu yaxınlarda həyat yoldaşı ilə birlikdə Qəbələdə keçirilən musiqi festivalında iştirak edib, daha sonra cütlük istirahət üçün Bodruma yollanıb.

1news.az-a məlum olduğu kimi, Polad Bülbüloğlunun üçüncü həyat yoldaşı 48 yaşlı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Azərbaycan Dövlət Rəqs Ansamblının keçmiş aparıcı solisti, Əməkdar artist Eteri Cəfərova olub.

Qeyd edək ki, Polad Bülbüloğlu və Eteri Cəfərova yayılan nikah xəbəri ilə bağlı hələlik hər hansı açıqlama verməyiblər.

Xatırladaq ki, Xalq artistinin ilk həyat yoldaşı opera müğənnisi Bella Rudenko, ikinci həyat yoldaşı isə Gülnarə Şıxəliyeva olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by 1news.aze (@1news.aze)

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər