Nepalda sel: 8 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Nepalda sel: 8 nəfər ölüb

Oksana Orucova14:09 - Bu gün
Nepalda sel: 8 nəfər ölüb

Nepalın Baqmati əyalətində Bhotekoshi çayının qəfil daşması nəticəsində güclü sel baş verib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı kəndləri su basıb, 8 nəfər həyatını itirib.

Rasuva bölgəsində iki polis məntəqəsində xidmət edən 13 polis əməkdaşından xəbər alınmır. Sel yollar, körpülər və enerji layihələrinə də ciddi ziyan vurub.

Suyun daşmasına səbəb hələlik məlum deyil. Əraziyə polis, ordu, səhiyyə qrupları və xilasedicilər cəlb olunub.

Nepal-Tibet sərhədində isə torpaq sürüşməsi baş verib. Çox sayda insanın itkin olduğu, yolların bağlandığı, elektrik və rabitənin kəsildiyi bildirilir.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər