Həyətində narkotik bitkilər yetişdirən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində narkotik bitkilər yetişdirən şəxs saxlanıldı

1news Redaksiyası09:48 - 27 / 08 / 2026
Həyətində narkotik bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Samir İsmayılov saxlanılıb.

1news.az xəbər verir ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd narkotik xassəli kol, eləcə də sellofan torbada qablaşdırdığı narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər